Vakansiya: Strateji idarəetmə üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Azərbaycan Dəmir Yolları
Vakansiya: Strateji idarəetmə üzrə mütəxəssis
Son tarix: 09 sentybar 2022
İşin təsviri:
-Strateji planlama məqsədilə araşdırmalar və təhlillərdə iştirak etmək;
-Regional və qlobal səviyyəli müqayisəli təhlillərin edilməsi və boşluq təhlillərinin aparılması;
-Strateji planlama məqsədilə əsas biznes vahidləri ilə sıx əlaqədə olmaq və lazımi analitik və statistik məlumatların yığılması;
-Əsas səmərəlilik göstəricilərinin (KPİ) yığılması, təhlili və yenilənməsində iştirak etmək;
-Təşkilati və biznes mühitdə ən yaxşı təcrübələrin təşkili, müqayisəsi və paylaşılmasında iştirak edilməsi;
-Təhlillərin nəticələri ilə bağlı təqdimatların hazırlanması.
Tələb olunan Təhsil, təcrübə və bacarıqlar:
-Maliyyə, İqtisadiyyat, İdarəetmə və ya digər əlaqəli sahələrdə bakalavr dərəcəsi;
-Uyğun sahələrdə minimum 1 illik peşəkar təcrübə;
-Microsoft Office proqramlarında sərbəst işləmə bacarıqları;
-İngilis, rus və azərbaycan dilləri üzrə mükəmməl bilik;
-Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər;
-Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti;
-Yüksək ünsiyyətqurma bacarığı;
-Kollektivlə işləmək bacarığı;
-Təşəbbüskarlıq, təşkilatçılıq və təqdimat bacarıqları.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 23 saat, 10 dəq
- 2 gün, 5 dəq
- 2 gün, 19 dəq
- 2 gün, 18 saat, 42 dəq
- 2 gün, 18 saat, 47 dəq