Vakansiya: Satınalma üzrə mütəxəssis tələb olunur (Neft və Qaz sektoru üzrə)

İşəgötürən: Universal Group of Companies
Vakansiya: Satınalma üzrə mütəxəssis (Neft və Qaz sektoru üzrə)
Son tarix: 08 sentyabr 2022
Qeyd: Neft və Qaz sektorunda işləyən işçilərə və xüsusilə BP şirkətinin MRO tenderlərində iştirak etmiş namizədlərə üstünlük veriləcək.
-Şirkətə daxil olan e-mail və müştəri müraciətlərinin təhlil edilib müvafiq şəkildə cavablandırılması;
-Müştəri tələblərinə uyğun məhsul təklif edilməsi, məhsul barəsində tövsiyyələr verilməsi və təkliflər məktubunun hazırlanması;
-Yeni məhsullar və kompaniyalar haqqında müştərilərə məlumat verilməsi;
-Müştərilərdən gələn sorğuların müəyyən edilməsi (anbar, daxili bazar və ya xarici bazar);
-Müştəri tələbinə görə sifariş edilən malların müşaiyət edici sənədlərlə təmin edilməsi (sertifikatlar, texniki məlumatlar və s.);
-Təkliflərin müştərilərə göndərilməsi və nəticənin izlənməsi;
-Müştərilər tərəfindən təklif və iradların qeydiyyatı və menecerə ötürülməsinin təmin edilməsi;
-Müştərilərin suallarının cavablandırılması;
-Bütün müqavilələrin qeydə alınması;
-Aylıq satış analizlərinin aparılması, hesablanması və bu barədə şöbə müdirinə məlumat verilməsi.
-Satınalma Siyasətin və strategiyasının hazırlanması və yenilənmələrində iştirak edilməsi;
-Tədarükçülərə Tender Paketləri/ sənədlərinin verilməsi və müəyyən edilmiş müddətlərə cavab vermək üçün izlənilməsi;
-Təkliflərin tələblərə uyğun olaraq toplanması və qiymətləndirilməsi;
-Tədarükçülərin və bazarların təhlilinin aparılması;
-Satınalmaların düzgün işlənməsini təmin etmək üçün digər əlaqəli funksiyalarla (Satış, Maliyyə, Logistika, Anbar) yaxından işlənilməsi;
-Proqram təminatında (One ERP) satınalma əməliyyatlarının təkmilləşdirilməsində fəal iştirak ediməsi;
-Müdriyyət tərəfindən verilən digər satınalma işlərinə rəhbərlik edilməsi;
-Məhsulların vaxtında çatdırılmasının və keyfiyyətinin qənaətbəxş olmasının təmin edilməsi;
-Həvalə olunan sorğuya əsasən tədarükçünün araşdırılması, qiymətləndirilməsi və seçilməsi proseslərinin edilməsi, alınan təkliflərin təhlilinin aparılması, ən yaxşı, uyğun və optimal təklifləri təsdiq üçün Satınalma Direktoruna göndərilməsi;
-Alış üçün daxili PO-un hazırlanması, imza və möhür üçün tədarükçüyə göndərilməsi;
-Qaimə-fakturanı və invoysun tələb edilməsi, imzalanmış sənədlərin ödəniş üçün Maliyyə Departamentinə göndərilməsi;
-Ödəniş tapşırığını aldıqdan sonra, satınalmanın davam etdirilməsi, nəqliyyat məsələləri üçün tədarükçü və logistika mütəxəssisinə bildiriş göndərilməsi;
-Sorğu icra olunduqdan sonra, tədarükçünün qiymətləndirilməsinin aparılması.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
5 saat, 36 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 5 saat, 45 dəq
- 5 saat, 46 dəq
- 5 saat, 48 dəq
- 5 saat, 54 dəq