VAKANSİYA: Sənədlərə nəzarət üzrə mütəxəssis

“Unico” şirkəti vakansiya elan edib.
Vəzifə öhdəlikləri:
– Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
– Sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət təmin etmək;
– Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətini təşkil etmək;
– Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
– Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlamaq və arxivləşdirmək.
– İclas Protokollarınını və aktlarını hazırlamaq;
– Bütün növ sənədlərin şirkətdaxili formalara və ya sifarişçinin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək.
Tələblər:
– Ali təhsil;
– İngilis və rus dilləri üzrə danışma və yazma bilikləri mütləqdir;
– Təqdimat bacarıqları yüksək səviyyədə olmalı;
– Bu sahədə ən azı 1 il iş təcrübə;
– Yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
– Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
– Operativlik, vaxtdan düzgün istifadə bacarığı;
– Fərdi və komanda tərkibində işləmək bacarığı;
– Kompüter bacarıqları (MS Word, Excel – yüksək səviyyədə, Outlook, Internet və digər).
Namizəd qismində iştirak etmək istəyən şəxslər CV-lərini mövzu yerinə “Sənədlərə nəzarət üzrə mütəxəssis” yazmaqla [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 saat, 8 dəq
- 10 saat, 46 dəq
-
13 saat, 18 dəq
Veysəloğlu şirkətinə Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur
- 18 saat, 13 dəq
-
19 saat, 30 dəq
Mr.Fix məhsullarını istehsal edən şirkətə Direktor köməkçisi tələb olunur