VAKANSİYA: Sənədlərə nəzarət üzrə mütəxəssis

Mütəxəssis

sened



“Unico” şirkəti vakansiya elan edib.

Vəzifə öhdəlikləri:

– Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
– Sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət təmin etmək;
– Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətini təşkil etmək;
– Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
– Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlamaq və arxivləşdirmək.
– İclas Protokollarınını və aktlarını hazırlamaq;
– Bütün növ sənədlərin şirkətdaxili formalara və ya sifarişçinin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək.
 
Tələblər: 
 
– Ali təhsil;
– İngilis və rus dilləri üzrə danışma və yazma bilikləri mütləqdir;
– Təqdimat bacarıqları yüksək səviyyədə olmalı;
– Bu sahədə ən azı 1 il iş təcrübə;
– Yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
– Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
– Operativlik, vaxtdan düzgün istifadə bacarığı;
– Fərdi və komanda tərkibində işləmək bacarığı; 
– Kompüter bacarıqları (MS Word, Excel – yüksək səviyyədə, Outlook, Internet və digər).
 
Namizəd qismində iştirak etmək istəyən şəxslər CV-lərini mövzu yerinə “Sənədlərə nəzarət üzrə mütəxəssis” yazmaqla [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]