Vakansiya: Korporativ satış və texniki xidmət üzrə mütəxəssis tələb olunur (Avtomobil servisi bölməsi)

İşəgötürən: Performance Center Co
Vakansiya: Korporativ satış və texniki xidmət üzrə mütəxəssis (Avtomobil servisi bölməsi)
Son tarix: 05 sentyabr 2022
İş haqqında məlumat:
-Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılması;
-Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
-İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
-Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
-Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
-Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
-Ümumi fəaliyyətə dair şöbə rəhbərinə hesabatların verilməsi.
Namizədə qarşı tələblər:
-Ali təhsil
-Yaş: 25-35
-Korporativ satış üzrə 2 il iş təcrübəsi
– Azərbaycan dilində səlis danışıq
-Rus və ya ingilis dilində sərbəst ünsiyyət qurmağı bacarmalıdır.
-Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmaq
– Təqdimat bacarığının olması
-Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
-Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
-Həftədə 5 iş günü, saat 09:00-18:00
-Əmək haqqı: 800-1000AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və texniki xidmət üzrə mütəxəssis qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
5 saat, 30 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 5 saat, 39 dəq
- 5 saat, 40 dəq
- 5 saat, 42 dəq
- 5 saat, 48 dəq