Vakansiya: Kiçik mütəxəssis tələb olunur (servis üzrə)
İşəgötürən: NBA Technologies International LLC
Vakansiya: Kiçik mütəxəssis (servis üzrə)
Son tarix: 01 iyun 2023
Namizədə dair tələblər:
-Təhsil: Ali təhsil
-Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
-Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
-İş təcrübəsi: 6 aydan az olmayaraq iş stajı.
-Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı.
-Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
-Regiona aid olan tiketlərə (şirkət daxili proqram) nəzarət.
-Regionlara göndəriləcək terminalların sazlanması və qəbul edilməsi
-Regionlardan gələn bağlamaların qəbulu və bağlamada olan terminal və sənədlərin lazımı şöbələrə təhvil verilməsi.
-Regiona gedəcək bağlamaların hazırlanması və regionlar üzrə əməkdaşlıq etdiyimiz sürücülərə təhvil verilməsi.
-Regionlara gedən əməkdaşların ezamiyyətlərinin yoxlanması.
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı: 400-500 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “kiçik mütəxəssis (servis üzrə)” adını qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 gün, 16 saat, 12 dəq
- 1 gün, 16 saat, 15 dəq
- 1 gün, 16 saat, 51 dəq
- 1 gün, 16 saat, 54 dəq
- 3 ay, 2 həftə, 4 gün, 7 saat, 29 dəq