Vakansiya: Havalandırma və isitmə-soyutma işləri üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Facility Management Group
Vakansiya: Havalandırma və isitmə-soyutma işləri üzrə mütəxəssis
Son tarix: 02 sentyabr 2022
Vəzi̇fələr:
-İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərin icrası
-Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
-İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud avadanlıq/elementlərin əvəzlənməsi, yeni avadanlıqların/elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması
-Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin/elementlərin işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması
-Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
-İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi
-İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi
-Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
-İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması
Tələblər:
-Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil
-Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi
-Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi
-Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı
-Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər
-Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları
-Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
Əmək haqqı 1000-1200 azn
Qeyd: İş yeri Ələt azad iqtisadi zonasında yerləşir.
İşçilər servis xidməti ilə təmin olunacaqlar.
Xahiş edirik CV-lərinizi işləmək istədiyiniz vəzifənin adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz.
Vakansiyalar
- 3 saat
- 3 saat, 2 dəq
- 3 saat, 17 dəq
- 3 saat, 19 dəq
- 3 saat, 33 dəq