Vakansiya: Biznesin inkişafı üzrə generalist tələb olunur

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Biznesin İnkişafı üzrə Generalist
Son tarix: 20 iyun 2022
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu biznesin İnkişafı şöbəsinə ümumi inkişaf planının həyata keçirilməsində dəstək verməkdir.
Vəzifə öhdəlikləri:
Aşağıdakı görülən işlərdə dəstək:
-Layihənin icrası ilə bağlı inzibati məsələlər
-Tenderlərin, işgüzar görüşlərin, danışıqların aparılması
-Layihə təchizatçıları və töhfə verənlərin əlaqələndirilməsi və asanlaşdırılması.
-Müqavilə imzalanana qədər biznes əməliyyat işçiləri və hüquqşünaslar arasında koordinasiya
-Layihələrə nəzarət və dəyişən layihə iştirakçıları arasında koordinasiyanın asanlaşdırılması
-Bazar araşdırması fəaliyyəti və texniki-iqtisadi əsaslandırmalar.
Əsas tələblər:
Təhsil:
-Biznes/İqtisadiyyat fənləri üzrə bakalavr dərəcəsi və ya satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə ali təhsil və sertifikatlaşdırma
Təcrübə:
-Biznesin inkişafı / satınalma / təchizat zəncirləri / layihənin idarə olunması sahəsində təcrübə üstünlükdür
Professional biliklər:
-Səlis İngilis dili
-MS Office proqramları
Professional bacarıq və kompetensiyalar:
-İşgüzar ünsiyyət
-Danışıqlar aparmaq bacarığı
-Zamanın idarə olunması
-Tədqiqat bacarıqları
-Analitik bacarıqlar
-Nəticə yönümlülük
-Proaktiv düşüncə
-Problemin həlli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Generalist” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 6 saat, 45 dəq
-
14 saat, 25 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 14 saat, 34 dəq
- 14 saat, 35 dəq
- 14 saat, 37 dəq