Uninet MMC satış və xidmətlər üzrə mütəxəssis axtarır

İşəgötürən: Uninet MMC
Vakansiya: Satış və xidmətlər üzrə mütəxəssis
Son tarix: 18 may 2023
Funksiya: Müştəri xidmətləri bölməsi
İş qrafiki: Standart
Son müraciət tarixi: 17.05.2023
Satış və xidmətlər üzrə mütəxəssis olaraq Sizin vəzifə öhdəlikləriniz:
-Daxili prosedur, müvafiq sənəd və proqramlarda (BSS, KPI, FAQ və s.) əks etdirilən qaydalara əsasən satış məntəqəsi vasitəsilə xidmətlərin təmin edilməsi;
-Satış və xidmətlərlə bağlı müştərilərin çətinliklərini həll etmək və şikatətlərini qeyd almaq;
-Şirkət tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatın olması və müştərilərə yüksək səviyyədə satış və xidmətlə təmin etmək;
-Şirkətə və abunəçiyə aid məlumatın məxfiliyinin qorunması;
-Müvafiq sənədlərə uygun digər iş öhdəliklərini həyata keçirmək (nizam-intizam qaydalarina riayət, iş qrafikinə uygun işləmək və s.);
-Ofisdə düzgün nizam intizam qaydasının riayyət olunmasını təmin etmək və qayda pozuntuları olarsa, dərhal rəhbərliyə bununla bağlı məlumat vermək;
-Rəhbər heyəti olmadığı halda ofisdə pul vəsaitlərinin toplanması və inventarizasiya prosesinə nəzarət etmək;
-Administrativ öhdəliklər;
-Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
-Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi;
-Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Vəzifənin tələbləri:
-Orta təhsil;
-Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək;
-MS Office proqramlarını yaxşı bilmək(Excell, Word və s.);
-Müştəriyə fokuslanma;
-Keyfiyyətə fokuslanma;
-Komanda işi və Əməkdaşlıq;
-Təzyiq altında işləmək bacarığı;
-Əla ünsiyyət və təşkilatçılıq bacarığı;
-Çeviklik.
Müraciət etmək üçün CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. E-poçtun mövzu hissəsində vəzifənin adının “Satış və xidmətlər üzrə mütəxəssis” kimi qeyd edilməsi mütləqdir. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 6 saat, 35 dəq
- 1 gün, 6 saat, 37 dəq
- 1 gün, 6 saat, 39 dəq
- 1 gün, 6 saat, 41 dəq
- 1 gün, 6 saat, 43 dəq