“Unimac” “İnsan Resursları üzrə Mütəxəssis” axtarır

Mütəxəssis


“Unimac” şirkəti “İnsan Resursları üzrə Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.

Şəhər: Bakı

Elanın bitmə tarixi: 11.08.2022

İş barədə məlumat

– İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;

-İşçinin işə qəbulu, işdən çıxarılması, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən istifadəsi və ezamiyyətə getməsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;

– Əmək məzuniyyətinin növbəlilik cədvəlinin tərtibi və icrası ilə bağlı tələblərə əməl olunması;

– E-Gov və ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;

-Yeni vakansiyalar üzrə işçi axtarışının (elan yerləşdirilməsi, daxil olan CV-lərin analizi əsasında müsahibə mərhələsi üçün tələblərə uyğun gələn namizədlərin siyahısının hazırlanması və sair) təmin olunması;

-Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;

– Başlanğıc əmək haqqı 800 AZN;

– Əmək haqqının işçinin perfomansına uyğun olaraq artırılması nəzərdə tutulur;

– Sınaq müddəti 1 aydır.

– VI günlük iş qrafiki .VI gün yarım gün.

Namizədə tələblər

-Ali iqtisadi təhsil;

-Tələb olunan sahə üzrə 1-3 il iş təcrübəsinin olması;

– AR Əmək Məcəlləsini bilmək;

-Kollektivdə işləmək bacarığı;

– Problemi həll etmək və təşkilatçılıq bacarığı;

– Təmkinlilik, etibarlılıq, özünəinam;

– Müəssisəyə tez uyğunlaşma;

– Səliqəlilik, operativlik və çalışqanlıq.

– İnsan resursları sahəsində müvafiq iş təcrübəsi olanlara, rus və ingilis dilini bilən qadın namizədlərə üstünlük veriləcək

CV-lər mövzü yerində İnsan Resursları üzrə mütəxəssis yazmaqla [email protected] elektron poçtuna göndərilə bilər.

“Unimac” şirkəti 2002-cü ildən etibarən fərdi sahibkar kimi biznes fəaliyyətinə başlayıb. Abraziv və qaynaq texnologiyası, Kimya texnologiyası, Boyalar, Elektrik malları, Xırdavat malları və Alətlər və avadanlıqlar üzrə dünya brendlerinin satışını həyata keçirir.

Bosch GMBH şirkətinin elektrikli əl alətləri üzrə Azərbaycanda strateji partnyoru Unimac şirkətidir. Bundan əlavə, Unimac şirkəti Klingspor, Norton, Magmaweld, Misom, Interflex, Uniflex Skom Flex, Skom, Skom Screw, Duyar, Unitools, Fisco, Polbrush, Grabond, Soudal, Farbitex, Elkay, Fevicol, KS, Ibo Kabel, Momentive, Sazi, Unirulo, Rezult, Expert Choice, Işık Ahşap, Vox brendlərinin ölkəmizdəki rəsmi nümayəndəsidir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]