TuranBank ASC kreditlərin monitorinqi şöbəsinin aparıcı / baş mütəxəssis/ bölmə rəhbəri axtarır

İşəgötürən: TuranBank ASC
Vakansiya: Kreditlərin monitorinqi şöbəsinin aparıcı / baş mütəxəssis/ bölmə rəhbəri
Son tarix: 21 avqust 2022
Yaş həddi: 24-35
Əmək haqqı: 1200-1800 AZN.
Vəzifəyə olan tələblər:
-Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
-Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və biznes kreditləri sahəsi üzrə);
-Analitik təhlil və düşünmə bacarığı;
-Komandada işləmək bacarığı
-Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində biliyə sahib olmalı;
-Biznes və İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar;
-Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
-Yüksək ünsiyyət qurma bacarığı;
Vəzifə öhdəlikləri:
-Rəhbərlik tərəfindən təsdiqlənmiş plana uyğun olaraq kredit layihələrinin monitorinqi,
-Bakı şəhəri və regionlarda yerləşən filiallar tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması,
-Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi,
-Girov qismində rəsmiləşdirilən təminatların qiymətləndirilməsi.
-Monitorinqin nəticələrinə əsasən rəy və hesabatların hazırlanması
-Aşkarlanmış risk faktorlarının qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
-İş vaxtı: həftə içi 5 gün, 09:00-18:00
Anketlərinizi [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Kreditlərin monitorinqi şöbəsinin aparıcı mütəxəssis/ baş mütəxəssis/ bölmə rəhbəri” yazmağı unutmayın.
Vakansiyalar
- 7 saat, 9 dəq
-
14 saat, 49 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 14 saat, 58 dəq
- 14 saat, 59 dəq
- 15 saat, 1 dəq