Texnomart Mağazalar Şəbəkəsi maliyyə və vergi hesabatları üzrə mütəxəssis axtarır

İşəgötürən: Texnomart Mağazalar Şəbəkəsi
Vakansiya: Maliyyə və vergi hesabatları üzrə mütəxəssis
Son tarix: 17 iyun 2022
Tələblər:
-Maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
-Müvafiq sahədə 5 ildən az olmayaraq iş təcrübəsi;
-Elektron Hökumət Portalı ilə və o cümlədən əsas olaraq elektron vergi portalı, gömrük portalı və s. ilə işləmək bacarığına malik olmaq;
-Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta Haqqında Qanun, Mülki Məcəllənin və digər iqtisadiyyatı tənzimləyən normativ-hüquqi aktların mühasiblər üçün gərəkli olan müddəaları və maddələri haqqında informasiyalara, biliklərə və axtarış vərdişlərinə malik olmaq;
-Azərbaycan dilini mükəmməl, rus dilini yaxşı bilmək (ingilis dili biliyi əlavə üstünlükdür);
-Komandada işləmə bacarığı.
Vəzifələr:
-Maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması;
-Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
-Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması;
-Vergi bəyannamələrinin və statistik hesabatların tərtib edilməsi, təqdim edilməsi və əlaqədar dövlət qurumları qarşısında müdafiə edilməsi;
-Şirkətin adi fəaliyyəti zamanı vergi uçotu ilə maliyyə uçotu arasında yaranacaq müvəqqəti və daimi fərqləri uçotda əks etdirmək, təqib etmək və müqayisə etmək;
-Vergi uçotunun aparılması məqsədi ilə informasiyaların emal edilməsində müasir texnoloji vasitələrdən, o cümlədən exceldən və digər xüsusi proqram təminatlarından (1C proqram təminatının son versiyalarına üstünlük verilir) istifadə etmək.
Bizim kollektivimizə qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz
Vakansiyalar
- 2 gün, 10 saat, 25 dəq
- 2 gün, 10 saat, 28 dəq
- 3 gün, 3 saat, 43 dəq
- 3 gün, 4 saat, 25 dəq
- 3 gün, 4 saat, 27 dəq