“Təchizat üzrə mütəxəssis” tələb olunur

Mütəxəssis


“RAM Holdinq” “Təchizat üzrə mütəxəssis” vakansiyasını elan edir!

Namizədə olan tələblər:
Ali təhsil (iqtisadi sahədə üstünlükdür);
Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
Azərbaycan dili səlis, rus dili və ingilis dili bilikləri üstünlükdür;
CIPS sertifikatının olması üstünlükdür;
Kompüter bilikləri (MS Office);
Satınalma sahəsində hər-hansı sertifikatının olması üstünlükdür;
Bazar araşdırması bacarığı;
Nəqliyyat vasitələrinin təmir-baxım və e/h sahəsində bilgili olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
Araşdırma, – Daxil olan sifarışlərə əsasən daxili bazarı araşdırır;
Daxil olan sifarşlərin qiymətləndirir, sifarişçi ilə dəqiqləşdirir, əldə edilən məlumatı şöbə rəhbərinə təqdim edir;
Tender təkliflərinin hazırlanması məqsədi ilə Texniki şöbədən daxil olan sorğulara əsasən qiymət ararşdırmasını aparır;
Alış, – İstehsalçılar/təchizatçılarla danışıqlar aparır, tələb olunan material resursları ən sərfəli şərtlərlə (keyfiyyət standartları, qiymət, çatdırılma şərtləri) alınması barədə razılıq əldə edir;
Hesabatların aparılması, – Ayrılmış təhtəlhesablarla baglı hesabatların prosedura uygun aparlması;
Kontragentlərlə baglı hesabatların daxili prosedura uygun olaraq aparılmasını təmin edir;
İdxal olunacaq texnikanın gömrük sərhədindən keçirilməsi və sərbəst dövriyyə buraxılışı üçün tələb olunan sənədlərin toplanılması (müqavilə, invoice,yol qaiməsi) və gömrük orqanlarına təqdim olunmasını təmin edir;
İş şərtlərimiz:
Əmək haqqı: 1400-1700 AZN;
İş qrafiki : Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat üzrə mütəxəssis” yazaraq e-mail adresinə [email protected] göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]