Tanınmış supermarketə nəzarətçi tələb olunur

İşəgötürən: Bizim Market
Vakansiya: Nəzarətçi
Son tarix: 18 aprel 2022
İş haqqında məlumat:
-Nəzarətçi mağazaya daxil olan müştəriləri qəbul edir, hal-hazırda pandemiya ilə əlaqədar olaraq müştərilərin hərarətlərini ölçür və tibbi maskadan düzgün istifadə etməsinə nəzarət edir;
-Müştərilərin iri çanta ilə satış salonuna daxil olmasına icazə vermir;
-Satış salonunda baş verən qanun pozuntularının qarşısını alır;
-Kassirlərin düzgün işləməsinə nəzarət edir;
-Müştərilərin aldığı malların qaytarılmasında iştirak edir;
-Müştərilərin aldıqları məhsulun kassa nəzarətindən yayınmamasının qarşısını alır;
-Müştərilərin mağazada unutduğu məhsulları və yaxud əşyaları jurnalda qeyd edib mağaza administratoruna təhvil verir;
-Mağazanın açılışında və bağlanmasında iştirak edir
Namizədə olan tələblər:
-Dürüstlük, dəqiqlik və çeviklik;
-Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
-Məsuliyyətli, nizam-intizamlı olmalıdır;
-Hərbi mükəlləfiyyətli;
-Yaş həddi: 20 – 35 yaş;
-Komandada işləmək bacarığı;
-Stressə davamlılıq;
-Nəzarətçi vəzifəsində iş təcrübəsi arzu olunandır
İş şəraiti:
-6 günlük növbəli iş qrafiki;
-Şirkət hesabına nahar;
-Rəqabət yönümlü əmək haqqı;
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-Karyera yüksəliş imkanı.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 12 dəq
-
15 dəq
Quba Palace Hotel məişət və təsərrüfat şöbəsinin müdir müavini axtarır
- 1 saat, 59 dəq
-
2 saat, 42 dəq
İri şirkətə “Fraud və Dələduzluğa Qarşı Mübarizə üzrə Mütəxəssis” axtarılır
-
2 saat, 55 dəq
PMD Projects “Keyfiyyətə nəzarət üzrə aparıcı elektrik mühəndisi” axtarır