Sonuncu kurs tələbələri və məzunların nəzərinə!

Mütəxəssis


AT-Geotech QSC aşağıdakı vəzifələr üzrə vakansiya elan edilib.

İşləmək arzusunda olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, yüksək ixtisas biliklərinə sahib şəxslər üçün müxtəlif sahələr üzrə vakansiyalarımız aktivdir:

– Nəqliyyat üzrə nümayəndə – 2 yer

– Satınalma üzrə nümayəndə – 2 yer

– İnsan resursları üzrə nümayəndə – 2 yer

Yuxarıda qeyd edilən vakansiyalardan hər hansı birinə iddiaçı namizədlər sadəcə aşağıda qeyd olunan tələblərə cavab versələr yetərlidir:

– Təhsilini başa vurmuş məzun və ya son kurs tələbəsi

– Səlis nitq

– Əlavə dil bilgiləri (intermediate) üstünlükdür

– Sərbəst şəkildə komputer biliyi (Microsoft office – intermediate)

– Məntiqi təfəkkür

– Yüksək emosional zəka

Təklif etdiyimiz iş şəraiti:

– İş qrafiki: Tam iş vaxtı (Full-time)

– İş yeri: XIRDALAN şəhəri

Komandamıza qoşulmaq istəyən namizədlərdən [email protected] ünvanına CV formalarını göndərərkən mövzu yerində aidiyyatı sahə üzrə vakansiyanın adını qeyd edərək məs: “İR üzrə təcrübə proqramı” göndərmələri xahiş olunur.

AT-Geotech regional geoloji mühəndislik və layihə idarəetmə fəaliyyəti ilə məşğuldur. Biz laboratoriya təhlili və sınaqları, tikinti və quraşdırma işləri, geoloji qazma və kəşfiyyat, geofiziki, xəritəçəkmə və tədqiqat işləri də daxil olmaqla geniş geotexniki tədqiqat işlərinin aparılması sahəsi üzrə ixtisaslaşmışıq. Şirkətimiz və mədəniyyətimiz illər boyu liderlik və əsas dəyərlərimizdən olan təhlükəsizlik, keyfiyyət və işgüzar etika əsasında qurulub.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]