Şirkətə ” Tender üzrə mütəxəssis” tələb olunur

İşəgötürən – “Başak” MMC
Vəzifə: Tender üzrə mütəxəssis
Namizədə aid tələblər:
– Ali təhsilli;
– Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
– Satınalma və tender sahəsində 2-3 ildən artıq iş təcrübəsi;
– Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
– Kompüter biliklərinə sahib olmalı;
– Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
– Yaş həddi 22-35 yaş arası;
Vəzifə öhdəlikləri:
– Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan
tenderlərin müəyyən edilməsi;
– Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
-Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab
verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin
analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
– Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
– Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
-İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan
müddət ərzində Sifarişçiyə göndərilməsi;
-Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və
uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
– Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
– Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində
Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün
cavablandırılmasının təmin olunması;
– Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
– Tender prosesi zamanı şirkətin təmsil olunması;
– Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
– Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
İş qrafik
-Həftə içi 5 gün saat 09:00-18:00,
– Nahar şirkət tərəfindən verilir,
– Korporativ nömrə (korporativ paket),
– Əməkhaqqı: 700-800 AZN+ bonus (KPİ)
– Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə
“Tender üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
ŞİRKƏT HAQQINDA:
“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.
Vakansiyalar
- 2 gün, 6 saat, 48 dəq
- 2 gün, 6 saat, 51 dəq
- 3 gün, 6 dəq
- 3 gün, 48 dəq
- 3 gün, 50 dəq