Şirkət logistika üzrə mütəxəssis axtarır

İşəgötürən: Matanat A
Vakansiya: Logistika üzrə mütəxəssis
Son tarix: 29 aprel 2022
İşin təsviri:
-Şirkətin xarici logistika əməliyyatlarının yerinə yetirilməsi;
-Daşınma şirkətlərin sorğuya dəvət olunması, təkliflərin təhlili və rəhbərliyə təqdim olunması;
-Daşınma zamanı yüklərin sığortalanmasının təşkili;
-Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
-Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili;
-Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların emal olunması, sistemə işlənilməsi və ödənişlərin vaxtında icrasına nəzarət;
-Tədarükçülərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
-Daşınmaların vəziyyətini mütəmadi olaraq izlənməsi;
-Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və Bazar günü.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
-Yaş həddi: 25-45
-Təhsili: Ali təhsilli.
-Loqistika üzrə iş təcrübəsi: Minimum 2 il.
-Dil bilikləri:Azərbaycan dili sərbəst, İngilis və Türk dilini bilməsi mütləqdir. Rus dili arzuolunandır.
-Kompüter biliyi: Word, Excell, Internet Explorer, 1C 8.2 proqramında işləmə bacarığı olmalı
Əlavə Tələblər:
-Logistika sahəsində təcrübə mütləqdir (beynəlxalq ticarətin əsaslarını, beynəlxalq daşınma qaydalarını bilmək şərtdir)
-Yaxşı Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;
-Satınalma müqavilələri ilə işləmə bacarığı;
-Gömrüklə işləmə təcrübəsi; gömrük rəsmiləşdirilməsi qaydalarının bilməsi;
-Xarici logistikanın bilməsi;
-Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti;
-Xarici və daxili ezamiyyətlərə getmə imkanı.
Qeyd:
-Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərmək xahiş olunur;
-Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar;
-Əlaqə nömrəsi: 050-208-66-95.
-CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 13 saat, 30 dəq
- 1 gün, 14 saat, 25 dəq
- 1 gün, 14 saat, 39 dəq
- 2 gün, 9 saat, 2 dəq
- 2 gün, 9 saat, 7 dəq