Şirkət logistika üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Matanat A

Vakansiya: Logistika üzrə mütəxəssis

Son tarix: 29 aprel 2022

İşin təsviri:

-Şirkətin xarici logistika əməliyyatlarının yerinə yetirilməsi;

-Daşınma şirkətlərin sorğuya dəvət olunması, təkliflərin təhlili və rəhbərliyə təqdim olunması;

-Daşınma zamanı yüklərin sığortalanmasının təşkili;

-Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;

-Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili;

-Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların emal olunması, sistemə işlənilməsi və ödənişlərin vaxtında icrasına nəzarət;

-Tədarükçülərlə  xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;

-Daşınmaların vəziyyətini mütəmadi olaraq izlənməsi;

-Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət.

İş şəraiti:

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və Bazar günü.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

-Yaş həddi: 25-45

-Təhsili: Ali təhsilli.

-Loqistika üzrə iş təcrübəsi: Minimum 2 il.

-Dil bilikləri:Azərbaycan dili sərbəst,  İngilis və Türk dilini  bilməsi mütləqdir. Rus dili arzuolunandır.

-Kompüter biliyi: Word, Excell, Internet Explorer, 1C 8.2 proqramında işləmə bacarığı olmalı

Əlavə Tələblər:

-Logistika sahəsində təcrübə mütləqdir (beynəlxalq ticarətin əsaslarını, beynəlxalq daşınma qaydalarını bilmək şərtdir)

-Yaxşı Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;

-Satınalma müqavilələri ilə işləmə bacarığı;

-Gömrüklə işləmə təcrübəsi; gömrük rəsmiləşdirilməsi qaydalarının bilməsi;

-Xarici logistikanın bilməsi;

-Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti;

-Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

Qeyd:

-Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərmək xahiş olunur;

-Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar;

-Əlaqə nömrəsi: 050-208-66-95.

-CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]