Şirkət çağrı mərkəzinin rəhbəri axtarır

İşəgötürən: Sığorta Şirkəti
Vakansiya: Çağrı Mərkəzinin Rəhbəri
Son tarix: 01 may 2022
Vəzifə öhdəlikləri:
-Çağrı mərkəzinin işini qurmaq və idarə etmək;
-Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını təmin etmək;
-Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
-Çağrı Mərkəzinin şəxsi heyətinin təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi üçün müvafiq fəaliyyəti həyata keçirmək;
-Şikayətlərin idarə olunması prosesini qurmaq və inkişaf etdirmək;
-Dəyərləndirmə və monitorinq prosesini aparmaq və təkmilləşdirmək;
-Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatları hazırlamaq.
Tələb edilən bilik, bacarıq və təcrübə:
-Humanitar sahədə ali təhsil;
-Çağrı mərkəzində azı 3 il iş təcrübəsi;
-Əla səviyyədə Azərbaycan və Rus dili, orta ingilis dili biliyi olmalı;
-MS Office proqramlarında sərbəst işləməli;
-Aydın və pozitiv ünsiyyət bacarığı;
-İdarəetmə bacarığının olması;
-Dürüst, punktual, diqqətli, ciddi olmalı;
-Sənədləşmə və qeydiyyat işini sərbəst bilməlı;
-Kollektivdə işləmək qabiliyyətli olmalı.
-Sığorta sahəsində texniki biliklər, sığorta məhsulları və xidmətləri barədə məlumatlı olmalıdır.
Əmək şəraitinin şərtləri:
-Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
-Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30 aprel 2022-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Çağrı Mərkəzinin rəhbəri” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 22 saat, 40 dəq
- 1 gün, 22 saat, 42 dəq
- 1 gün, 22 saat, 44 dəq
- 1 gün, 22 saat, 47 dəq
- 1 gün, 22 saat, 51 dəq