Şirkət çağrı mərkəzinin rəhbəri axtarır

Mütəxəssis

cagri


İşəgötürən: Sığorta Şirkəti

Vakansiya: Çağrı Mərkəzinin Rəhbəri

Son tarix: 01 may 2022

Vəzifə öhdəlikləri:

-Çağrı mərkəzinin işini qurmaq və idarə etmək;

-Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını təmin etmək;

-Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;

-Çağrı Mərkəzinin şəxsi heyətinin təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi üçün müvafiq fəaliyyəti həyata keçirmək;

-Şikayətlərin idarə olunması prosesini qurmaq və inkişaf etdirmək;

-Dəyərləndirmə və monitorinq prosesini aparmaq və təkmilləşdirmək;

-Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatları hazırlamaq.

Tələb edilən bilik, bacarıq və təcrübə:

-Humanitar sahədə ali təhsil;

-Çağrı mərkəzində azı 3 il iş təcrübəsi;

-Əla səviyyədə Azərbaycan və Rus dili, orta ingilis dili biliyi olmalı; 

-MS Office proqramlarında sərbəst işləməli;

-Aydın və pozitiv ünsiyyət bacarığı;

-İdarəetmə bacarığının olması;

-Dürüst, punktual, diqqətli, ciddi olmalı;

-Sənədləşmə və qeydiyyat işini sərbəst bilməlı;

-Kollektivdə işləmək qabiliyyətli olmalı.

-Sığorta sahəsində texniki biliklər, sığorta məhsulları və xidmətləri barədə məlumatlı olmalıdır. 

 Əmək şəraitinin şərtləri:

-Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;

-Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 30 aprel 2022-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Çağrı Mərkəzinin rəhbəri” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]