Şirkətə sosial media üzrə mütəxəssis tələb olunur

Mütəxəssis


İşəgötürən: Optimal Electronics

Vakansiya: Sosial Media üzrə mütəxəssis

Son tarix: 28 aprel 2022

Tələblər:

-Ali təhsil;

-Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;

-Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;

-İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvürün olması;

-Photoshop üzrə ilkin biliklərin olması (arzu olunandır);

-Azərbaycan dilinin qrammatikası biliyi, eyni zamanda düzgün tətbiq edilməsi bacarığı;

-MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;

-İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

-Sosial media hesablarının peşəkar şəkildə idarə olunması;

-Kontentin yaradılması və onun dolğun şəkildə təqdim edilməsi;

-Səhifələr üzrə gələn sorğuların cavablandırılması;

-Markalar üzrə sosial şəbəkələrdə gündəlik paylaşımların edilməsi;

-Səhifə istifadəçiləri arasında aksiyaların hazırlanması;

-Səhifənin günlük və aylıq hesabatlarının hazırlanması.

Biz Sizə təklif edirik:

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

-Həftədə 5 iş günü, 2 gün istirahət;

-Ə/h: müsahibə əsasında təyin ediləcək;

-Karyera yüksəlişi imkanları;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]