Sirab ASC təftiş işçisi axtarır (stok və rəflərə nəzarət üzrə)

Mütəxəssis


İşəgötürən: Sirab ASC

Vakansiya: Təftiş işçisi (stok və rəflərə nəzarət üzrə)

Son tarix: 06 iyul 2022

Əsas tələblər:

-Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat üzrə);

-Komputer bilikləri: MS Office – orta;

-Minimum təcrübə: 1 il;

-Dil bilikləri: Azərbaycan-əla;

-Yaş həddi: 25-35;

-Cinsi: Kişi;

-B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.

Fərdi keyfiyyət göstəriciləri:

-Komanda ilə işləmə bacarığı;

-Riyazi biliklər və analitik düşünmə bacarığı;

-Planlaşdırma və problem həll etmə bacarığı; 

-Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;

-İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.

Vəzifə öhdəlikləri: 

-Satış nöqtələrində məhsulların rəfdə mövcudluğunun, qiymətlərin düzgünlüyünün və rəf payının yoxlanması;

-Məhsul çeşidləri üzrə rəfdə FEFO və Planogram standardlarının tətbiqinin yoxlanması;

-Stend mövcudluğu və saylarının, stendlər üzrə doluluq səviyyəsinin, soyuducuların mövcudluğunun yoxlanması;

-Müştəri qalıq (stok) hərəkəti tarazlığını yoxlanması;

-Satış nöqtələrində görülən işlərin kefiyyətinin bal şkalası üzrə qiymətləndirilməsi;

-Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi;

-Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması.

İş vaxtının norması:

-6 günlük iş rejimi;

-İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

-Əmək haqqı: 650 AZN;

-Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;

-Korporativ telefon nömrəsi və danışıq paketi;

İş yeri:

-Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təftiş işçisi (stok və rəflərə nəzarət üzrə)”  yazmaqla [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]