Sirab ASC planlama mütəxəssisi axtarır

İşəgötürən: Sirab ASC
Vakansiya: Planlama mütəxəssisi (Ticari məhsulların planlaması üzrə mütəxəssis)
Son tarix: 28 may 2022
Əsas tələblər:
-Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, iqtisadiyyat yaxud idarəetmə sahəsində)
-Komputer bilikləri: MS Office – Excell, Word, PowerPoint, Outlook – yaxşı;
-Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili- yaxşı, İngilis dili- yaxşı;
-Təcrübə: Sürətli İstehlak sektorunda minimum 1 il iş təcrübəsi;
-İlkin mühasibatlıq biliklərinin olması.
Fərdi keyfiyyət göstəriciləri:
-Analitik düşünmə bacarığı;
-Keyfiyyət yönümlülük;
-Komanda ilə işləmə bacarığı;
-Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
-Planlaşdırma və problem həll etmə bacarığı.
İş barədə:
-Anbar stok hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək;
-Anbardakı məhsulların istifadə müddətinə nəzərət etmək və əlaqədar şəxsləri məlumatlandırmaq;
-Anbar stok hərəkəti və satış proqnozlarına uyğun olaraq sifarişləri vermək;
-Sifarişin təchizatçı tərəfindən bizim anbara çatdırılmasını təqib etmək;
-Çatdırılacaq sifariş barədə əvvəlcədən anbara məlumat vermək;
-Kampaniya ilə bağlı olan həvalələri bilmək və bu barədə əlaqədar şəxslər arasında əlaqələrin qurulmasını təmin etmək;
-Təchizatçəlarla üzləşmə aparmaq;
-Ödənişlərlə bağlı mühasibatlıq və maliyyə ilə daima əlaqədə olmaq;
-Rəhbərliyə hesabatların təqdim olunması.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
-Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
-Yemək şirkət tərəfindən;
-Korporativ telefon nömrəsi və danışıq paketi;
-B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması.
İş vaxtının norması:
-09:00-18:00 / 5 günlük iş həftəsi
İş yeri:
-Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Planlama mütəxəssisi (Ticari məhsulların planlaması üzrə mütəxəssis)” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
-
6 saat, 49 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 58 dəq
- 6 saat, 59 dəq
- 7 saat, 1 dəq
- 7 saat, 7 dəq