Sinteks Group of Companies müştəri əlaqələri administratoru axtarır

İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Müştəri Əlaqələri Administratoru
Son tarix: 28 iyun 2023
Sinteks Şirkətlər qrupuna hal hazırda Müştəri Əlaqələri Administratoru tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu yüksək keyfiyyətli müştəri xidmətinin təmin edilməsində köməklik göstərməkdir.
Vəzifə öhdəlikləri:
-Loyallıq proqramının tətbiqi, icrası, dəyişikliklərin daxil edilməsi və aparılmasını təmin edir.
-Müştəri və əməkdaşların müraciətlərinin qəbulu, emalı, cavablandırılmasını təmin edir.
-Mystery Shopper (Gizli Müştəri) layihəsinin aparır, qiymətləndirilmə üzrə nəzərdə tutulan bonus və cərimələri hesablayır.
-Zahiri görünüş standartlarına riayət edilməsinə nəzarət edir.
-Əməkdaşlar üçün yaxa kartlarını sifariş edir.
-Kolleksiyaya dair satış təmsilçilərinin mövsüm imtahanını keçirir.
-ERP sistemində ödənişləri aparır.
Əsas tələblər:
Təhsil:
-Ali təhsil.
-Müştəri xidməti sahəsi üzrə sertifikatlar arzuolunandır.
Təcrübə:
-Müştəri xidmətləri və ya əlaqə mərkəzinin əməliyyatları üzrə ən azı 1 il təcrübə.
Professional biliklər:
-Müştəri Əlaqələrinin idarə edilməsi.
-Müştəri xidmətlərinə dair prinsip və təcrübələr üzrə biliklər.
-Rus və İngilis dili yüksək səviyyədə.
-MS Office proqramları.
Professional bacarıqlar və kompetensiyalar:
-Biznes kommunikasiyası.
-Problemlərin həlli.
-Nəticə yönümlülük.
-Stresli situasiyaların idarə edilməsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Əlaqələri Administratoru ” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 6 saat, 50 dəq
- 7 saat, 36 dəq
- 8 saat, 14 dəq
- 9 saat, 1 dəq
- 9 saat, 2 dəq