Şəxsi avtomobili olan satış mütəxəssisi axtarılır

Mütəxəssis

muradltd vakansiya


-İşəgötürən:  “Murad LTD” MMC”

 -Vakansiya: KORPORATİV SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS

– Maaş : 600-800 AZN

-Şəhər- Sumqayıt

-Yaş- 25 – 45 yaş

-Təhsil- Ali

-İş təcrübəsi-1 ildən 3 ilə qədər

-Elanın tarixi- Aprel 18, 2022

-Bitmə tarixi- May 18, 2022

-Əlaqədar şəxs- Cəlal Əliyev

-E-mail-[email protected]

İş barədə məlumat

– İş saatı: I-V günlər 09:00-dan 18:00-dək,( VI gün 9:00-dan 14:00-dək)
– İstirahət günü bazar günüdür
– Şirkət tərəfindən yanacaq və korporativ nömrə ilə təmin edilir
– Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı və aylıq bonus
– Müştərilərlə telefonla və fərdi görüşlərin təşkil edilməsi, Şirkət məhsul və xidmətlərinin təqdim edilməsi və satışlar həyata keçirilməsi
– Şirkətin təqdim etdiyi bütün malların və xidmətlərin xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı və müştərilərə bu barədə ətraflı məlumat verməli
– Satış üzrə müəyyən olunan aylıq planı yerinə yetirmək
– Sifarişlərin götürülməsi və ödənişlərin izlənilməsi
– Yeni müştəri bazasının yaradılması
– Tələbnamələrə əsasən yerli bazarın araşdırılması
– İşlərin planlaşdırılması və analizi
– İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək

Namizədə tələblər

– Müştərilərlə yüksək səviyyədə ünsiyyət
– Danışıq qabiliyyəti yüksək olmalı
– Şəxsi nəqliyyatın olması
– Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
– Səmimi, aktiv, dinamik, məsuliyyətli, səbrli və gülərüz
– Kollektivlə işləmək bacarığı
– Avtomobil sahəsi üzrə (ehtiyat hissələri və mühərrik yağları) biliklər
– Daim öz üzərində çalışan və inkişafyöümlü olmaq
– Korporativ satışlar üzrə minimum 1 il iş təcrübəsi
– Yüksək analitik bacarıqlar, operativlik, təşəbbüskarlıq,
– Rus dili və İngilis dili bilikləri mütləqdir

Vakansiyaya müraciət üçün CV-nizi  “Korporativ satış üzrə mütəxəssis” başlığı ilə  [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Şirkət haqqında qısa məlumat

“Murad LTD”MMC Azərbaycan Respublikasında Rusiya istehsalı olan “Rosneft lubricants”, Cənubi Koreya istehsalı olan “ZİC” və Macarıstan istehsalı olan “MOL” mühərrik və sənaye yağların rəsmi distribyutorudur

iş elanları 2022
vakansiyalar 2022
İş axtarıram

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]