“SƏTƏM üzrə kiçik mütəxəssis” tələb olunur (Şəmkir)

Şəmkir rayonu Aqro-park ərazisi üçün “SƏTƏM üzrə kiçik mütəxəssis” tələb olunur. FHN sertifikatı olan və qeyd olunan bölgədə yaşayanlar müraciət edə bilərlər.
Namizədin vəzifə öhdəlikləri:
-İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar etməlidir.
-Yeni işə qəbul olunanlarla,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək.
-Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
-Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
-Işçilərə təhlükəszilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək
-Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq.
-Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək.
-Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmə.
-Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
-Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq
-Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək.
-Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilmək
Namizədə tələblər:
-Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlama və təqdimetmə bacarıqlı; Səlis nitq
-Məqsədlərə çatmaq üçün səy göstərərkən riski müəyyən etmək, qiymətləndirmək və idarə etmək.
-Pozitiv yanaşma və komanda ilə işləmək bacarığı
-İntizamlı, sərbəst və detallı müşahidə
-İdarəetmə bacarıqı, vaxtın düzgün idarə edilməsi qabiliyyəti
İş rejimi:
-İş yeri – Şəmkir Aqro-park
-İş günləri – həftənin 5 günü
-İş qrafiki – 08:00 – 17:00
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “SƏTƏM üzrə kiçik mütəxəssis – Şəmkir” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz
Vakansiyalar
-
2 gün, 9 saat, 54 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 12 saat, 53 dəq
-
2 gün, 12 saat, 54 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 12 saat, 57 dəq
- 2 gün, 12 saat, 59 dəq