Qida Təhlükəsizliyi İnstitutu “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” axtarır

Nəzarətçi

aqti institut


“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” (Azerbaijan Food Safety Institute) “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.
Namizədə tələblər:
– Kimya, biologiya, qida mühəndisliyi və sertifikatlaşdırma ixtisasları üzrə ali təhsil;
– Keyfiyyətə nəzarət və laboratoriya sahəsində iş təcrübəsi arzu ediləndir;
–  İSO 9001:2015, İSO 17025:2025 standartının şərtlərini bilməli;
–  Dəqiqlik, diqqətlilik;
–  Analitik düşünmə qabiliyyəti;
–  Komanda ilə işləmə bacarığı olmalı;
–   Dil biliyi: İngilis dili;
İş şəraiti:
–  İş yeri: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu;
–    İş qrafiki: 5 günlük iş həftəsi;
–    Əmək haqqı – razılaşma əsasında;
Vəzifə öhdəlikləri:
–  Laboratoriyaların fəaliyyət istiqamətinə uyğun olaraq yeni metodların araşdırılması, tətbiq edilməsini təşkil edir və prosesdə iştirak edir;
–   Laboratoriya işinin forma və metodlarını, laboratoriyanın fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin edir;
–    Keyfiyyət İdarəetmə Sistemi Sənədlərində əks edilən vəzifə və məsuliyyətləri yerinə yetirir;
–    İSO/İEC 17025 “Sınaq və Kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” əsasında standartın tətbiq olunduğu keyfiyyətin idarə edilməsi sisteminin bütün müddəalarını əhatə edəcək şəkildə audit yoxlama planını hazırlayır;
–   Plana uyğun olaraq AQTİ-nin Sınaq Laboratoriyalarında audit yoxlamalarının keçirilməsində iştrak edir;
–    Laboratoriyaların işçi heyətinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində iştrak edir;
–  Keçirilmiş audit yoxlamalarının hesabatlarını zamanında hazırlayaraq laboratoriya müdirinə və müvafiq şöbə müdirinə təqdim edir;
–   İnstitutun tabeliyində olan laboratoriyaların məlumat bazaları mexanizimlərinin işlənməsini təmin edir;
Namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]