Pərakəndə seqment sahəsinə biznes analitika üzrə aparıcı/baş mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: ABB ASC

Vakansiya: Pərakəndə seqment Sahəsinə (Retail segment Tribe) Biznes analitika üzrə Aparıcı/Baş mütəxəssis

Son tarix: 19 noyabr 2022

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

-Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

-Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

-Yüksək komanda ruhunda əməkdaşlıq;

-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

-Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

-Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  

-Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

-Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

-Komanda ilə birgə, biznes tələblərinin formalaşdırılması, analiz edilməsi və sənədləşdirilməsi;

-Tələblər ilə bağlı spesifikasiyaların(İT spesifikasiya daxil) hazırlanması, spesifikasiyanın tapşırıqlara bölünməsi.

-Tapşırıqların(texniki tapşırıqlar daxil olmaqla), maraqlı tərəflərlə müzakirə edilməsi və qoyulmuş tələblərin həyata keçirilməsinin mümkünlüyünün təmin edilməsi;

-Maraqlı tərəflərlə müzakirələr aparmaqla tələblərin icrasının dəyərləndirilməsi;

-Problemlərin aşkarlanmasında, analizində və həll olunmasına dəstək göstərilməsi və nəzarət olunması; 

Bizim üçün uyğun namizəd:

-Ali təhsilə; 

-Güclü kommunikasiya və analitik düşüncə qabiliyyətinə;

-Sahə üzrə minimum 2 il təcrübəyə; 

-Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) təcrübəsinə;

-MS Office alətləri ilə işləmə bacarığına;

-Azərbaycan dilini səlis, rus və ya ingilis dili biliyinə(Texniki tapşırığı anlamaq və tərtib etməyə tam kifayət edəcək səviyyədə);

-Jira və  Project/Issue management sistemləri ilə işləmək bacarığına;

-Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərə; 

-Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]