PASHA Insurance risklərin monitorinqi və araşdırılması üzrə mütəxəssis axtarır
İşəgötürən: PASHA Insurance
Vakansiya: Risklərin monitorinqi və araşdırılması üzrə mütəxəssis
Son tarix: 06 iyul 2022
Vəzifə və Öhdəliklər:
-Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
-Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;
-Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və bunun nəticəsində risk xəritəsini hazırlamaq;
-Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
-Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq;
-Risk iştahının hazırlanmasında iştirak etmək;
-Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
-Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
-İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
-Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;
-Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
Biliklər:
-İqtisadiyyat, maliyyə və ya riyaziyyat təhsili;
-Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
-Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.
Təcrübə:
-Risklərin idarə olunması, audit, maliyyə üzrə minimum 1 il təcrübə (Sığorta şirkətlərinin birində və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir);
Bacarıqlar:
-Təqdimat bacarıqları;
-Komandada işləmək bacarığı;
-Yaxşı ünsiyyət bacarığı;
-Məntiqi və analitik düşüncə;
-Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
-Stresə davamlılıq;
-Təşəbbüskarlıq;
-Məqsədyönlülük;
-Emosional stabillik və məsuliyyətli olmaq.
Son müraciət tarixi: 5 iyul
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 gün, 16 saat, 41 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 15 saat, 33 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 16 saat, 7 dəq
- 5 gün, 10 saat, 13 dəq
- 6 gün, 5 saat, 27 dəq