PASHA Insurance informasiya təhlükəsizliyi üzrə kiçik mütəxəssis axtarır
İşəgötürən: PASHA Insurance
Vakansiya: İnformasiya Təhlükəsizliyi üzrə kiçik mütəxəssis
Son tarix: 12 iyun 2022
Vəzi̇fə və Öhdəli̇klər:
-Şəbəkənin gündəlik monitorinqinin aparılması;
-İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi;
-İnformasiya təhlükəsizliyinə aid alətlərlərin köməyi ilə (eləcə də digər imkanlar/addımlarla) şəbəkə, kompüter sistemləri, istifadəçilərin monitorinqi və təhdid doğurucu məqamların aşkarlanması;
-İnformasiya təhlükəsizliyinə aid alətlərlərin köməyi ilə məlumat sistemlərində təhdid doğurucu vəziyyətlərin aşkarlanması və hesabatın hazırlanması;
-Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx işləmək;
-Gündəlik olaraq infrastrukturda olan aktivliyin monitorinqi və “log”-ların analizinin aparılması;
-Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi.
Bi̇li̇k və Bacarıqlar:
-İnformasiya Texnologiyaları sahəsi üzrə ali təhsil;
-İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi;
-Azərbaycan dilini əla, İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;
-Əməliyyat sistemləri Windows Server, Windows, Linux üzrə bilikli olmaq;
-Microsoft Office məhsulları və SQL proqramlaşdırma dili ilə işləmə bacarığı;
-Windows Audit, Linux Audit, Microsoft Azure, sistemləri ilə iş təcrübəsi olan;
-Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlamaq (Firewall, korporativ antiviruslar, WAF, HIDS/HIPS, NIDS/NIPS, NGFW və s.);
-Şəbəkə avadanlıqları, protokolları, portları, kriptoqrafiya və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
-OWASP metodologiyası, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrdən biri ilə tanış olması arzuolunandır;
-Analitik düşüncə və stresə dözümlü olmaq bacarığı;
-Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
-Ünsiyyətqurma və komandada işləmək bacarığı;
-Səbrli və soyuqqanlı olmaq bacarığı.
Son müraciət tarixi: 12 iyun 2022
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
6 saat, 8 dəq
Roulette Deutschland Willkommensbonus: Alles, was Sie wissen müssen
- 6 saat, 8 dəq
-
6 saat, 25 dəq
Ruleta móvil para Android España: ¡Disfruta del juego en cualquier lugar!
-
20 saat, 21 dəq
Roulette Free Online: The Ultimate Overview to Playing and Winning
-
20 saat, 22 dəq
Immediate Play No Down Payment Benefit Gambling Enterprises: A Guide for Players