PASHA Insurance informasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis axtarır
İşəgötürən: PASHA Insurance
Vakansiya: İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis
Son tarix: 01 iyun 2022
Vəzi̇fə və Öhdəli̇kləri̇:
-İnformasiya təhlükəsizliyinə aid alətlərinin köməyi ilə məlumat sistemlərinin təhdid doğurucu vəziyyətlərin aşkarlanması və hesabatın hazırlanması;
-İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi;
-Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx işləmək;
-DLP, PAM, NGFW, WAF, Endpoint Securty, Azure Security & Complience, IDS/IPS, SIEM və s. informasiya təhlükəsizliyi sahəsində mövcud olan sistemlərin qurulması, sazlanması və idarə edilməsi;
-Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
-Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi
Bi̇li̇k və Bacarıqlar:
-İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə ali təhsil;
-İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 2 il, iş təcrübəsi;
-Azərbaycan və İngilis dili əla, Rus dili üstünlükdür;
-Əməliyyat sistemləri Windows Server, Windows, Linux üzrə yaxşı biliyi;
-PAM, DLP, SIEM, WAF, IDS/IPS və Azure Security & Complience sistemləri ilə iş təcrübəsi;
-Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlamaq və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
-Osquery, MITRE, Yara, Sysinternals ilə tanış olması arzuolunandır;
-Müxtəlif proqramlaşdırma dilləri (.NET, C#, Python, Javascript və.s) ilə tanış olması arzuolunandı;
-OWASP mobil və veb metodologiyası tanış olması arzuolunandır;
-ISO27001, CIS, NIST və ya DISA qabaqcıl təcrübələrdən biri ilə tanış olması arzuolunandır;
-Analitik düşüncə və stresə dözümlü olmaq bacarığı;
-Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
-Ünsiyyətqurma və komandada işləmək bacarığı;
-Səbrli və soyuqqanlı olmaq bacarığı.
Son müraciət tarixi: 31 may 2022.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 17 saat, 42 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 18 saat, 38 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 15 saat, 20 dəq
- 3 gün, 15 saat, 23 dəq
- 3 gün, 15 saat, 59 dəq