“PAŞA Bank” məsafədən satış üzrə kiçik mütəxəssis axtarır

PASHA Bank “Məsafədən Satış üzrə Kiçik Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
.-İşəgötürən: “Paşa Bank”
-Vakansiya: “Məsafədən satış üzrə Kiçik Mütəxəssis”
– Maaş : Müsahibə əsasında
– Şəhər – Bakı
-Yaş- 22 – 45 yaş
-Təhsil – Natamam ali təhsil (bakalavr)
-İş təcrübəsi- 1 il
-Elanın bitmə tarixi- Sentyabr 04, 2022
-E-mail- [email protected]
İşiniz nədən ibarətdir?
-Bütün seqmentlər üzrə potensial müştərilərlə telefon əlaqəsi yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi və satışların təmin edilməsi;
-Yeni və potensial müştərilərin məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılması;
-Xüsusi siyahılar üzrə mövcud və potensial müştərilərə təkrar zənglərin edilməsi;
-Müştərilərə ipoteka üzrə xüsusi siyahılara əsasən zənglərin edilməsi; (İpoteka Fondu tərəfindən istənilən sənədlər barədə müştərilərin məlumatlandırılması)
-Bütün məhsullarla bağlı müştərilərə video zənglərin edilməsi;
-Bütün seqmentlərə aid müştərilər üçün bank tərəfindən təqdim olunan məhsulların satışının təmin edilməsi;
-“Miles&Smiles” məhsulu üztə dəstəyin təmin edilməsi;
-Telefon vasitəsilə müştərilərə məhsul barədə konsultasiyaların aparılması və zəngdən sonra satışın təmin edilməsi üçün müvafiq strukturlara müvafiq qeydiyyatların təqdim edilməsi;
-Xüsusi proqram təminatı ilə millərin və “welcome” millərin hesablanmasının yoxlanılması;
-Müştəriyə aid əlaqə nömrəsinin dəyişdirilməsi, video identifikasiya ilə müştərinin kartının əldə edilməsi və imzasının təsdiqi;
-Kartların müştəriyə çatdırılmasının təmin edilməsi, müştərilərin sifariş zamanı çatışmayan məlumatlarının əldə edilməsi, müştəri şikayətlərinin təhlili və həll yollarının müəyyənləşdirilməsi;
-Məsafədən satış zamanı prosesdə yaranan problemlərin aradan qaldırılması və müştəriyə lazımi dəstəyin göstərilməsi;
-Satılmış məhsulların monitorinqi, tamamlanmamış müraciətlərlə bağlı sistemdən daxil olan imeyllərin qəbulu və prosesə uyğun olaraq icrası;
-Müştərilərin əlaqə nömrələrinin axtarışı və müştərilərə proses üzrə dəstək göstərilməsi;
-Təqdim olunmuş siyahılara və müvafiq kanallardan daxil olan müraciətlərə əsasən potensial müştərilərlə əlaqə saxlayıb məlumatların təqdim edilməsi, satışların həyata keçirilməsi və müvafiq sənədlərin toplanması;
-Satış zamanı fiziki görüş tələb edən məhsullarla bağlı daxil olan müraciətlərin təhlil edilməsi və Müştəri Menecerləri arasında kredit sifarişlərinin bölgüsü və xidmətin sona qədər aparılmasının izlənilməsi;
-Yeni müştərilər cəlb edərkən prosesin mövcud ÖMT (Öz Müştərini Tanı) proseslərinə uyğun aparılması;
-Bankın daxili proses və qaydalarının, strategiyasının, kredit siyasətinin öyrənilməsi və onlara müvafiq fəaliyyət göstərilməsi;
-Müştərinin satışdan sonra yaranan narahatlıqları ilə bağlı müştərilərdən daxil olan sorğulara əsasən müvafiq strukturlara müraciəti;
-Məhsul/xidmət əldə etmiş müştərilərin həmin məhsul üzrə yaranan sual və problemlərini araşdırmaq və müştəriyə lazımi dəstəyin göstərilməsi;
-Müştəri Menecerləri və potensial müştərilər üçün görüşlərin təmin edilməsi;
-Mümkün şübhəli əməliyyatların və hadisələrin müəyyənləşdirilməsi və təhlil edilməsi;
Sizdən nə tələb olunur?
-Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə Bakalavr təhsili
-İş təcrübəsi: Müvafiq sahədə minimum 0-1 il
-Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis)
-Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
-Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq
-Digər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Məsafədən satış üzrə Kiçik Mütəxəssis” qeyd edərək e-mail ünvanına [email protected]z göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 gün, 22 saat, 20 dəq
- 1 gün, 22 saat, 22 dəq
- 1 gün, 22 saat, 24 dəq
- 1 gün, 22 saat, 27 dəq
- 1 gün, 22 saat, 31 dəq