Nazirlik “Kredit və zəmanət şöbəsinin mütəxəssisi” axtarır

Mütəxəssis


Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu kredit və zəmanət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İŞİN TƏSVİRİ:
– Fondun kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
– Təqdim edilən investisiya layihələrinin (biznes planların) Fondun müəyyən etdiyi minimal tələblərə uyğunluğunu yoxlamaq;
– Kredit müraciətləri üzrə maliyyə hesabatlarını oxumaq və təhlilini aparmaq, o cümlədən, biznesin yerində ilkin monitorinqini aparmaqla təqdim edilmiş məlumatların çarpaz yoxlanmasını həyata keçirmək;
– Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda, əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;
– Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun olaraq layihələri qiymətləndirmək;
– Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;
– Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
– Maliyyə, iqtisadiyyat və bank işi üzrə ali təhsil;
– İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
– Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
– Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;
– Operativ və düzgün qərar vermək bacarığı;
– Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətli olmaq;
– ACCA F3 sertifikatının olması arzuolunandır;
– MS Office (xüsusi ilə Excel) proqramlarından istifadə bacarığı;
Qeyd olunan tələblərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində “Kredit və zəmanət şöbəsinin mütəxəssisi” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 05.10.2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]