Nar pərakəndə satış üzrə mütəxəssis axtarır

İşəgötürən: Nar
Vakansiya: Pərakəndə satış üzrə mütəxəssis
Son tarix: 19 avqust 2022
Vakansiya haqqında:
Funksiya: B2C satış
İş qrafiki: Standart
Son müraciət tarixi: 18.08.22
Sizin əsas vəzifə öhdəlikləriniz:
-Diler və Miks mağazalarında üçün nəzərdə tutulan materialların çeşidinə,ehtiyatına,xarici və daxili görünüşünə nəzarət etmək
-Əvvəlcədən təyin olunmuş marşrut üzrə hər bir BD,Miks,A-miks satış məntəqəsini yoxlamaq
-Hər diler mağazası üçün Nar məhsularının satışına uyğun minimal mal ehtiyatı müəyyənləşdirmək və satış məntəqələrində mal mövcudluğunun həmin saydan aşağı düşməməsinə dair nəzarət etmək
-Satış prosedurlarına (Diler Satış Məntəqələrində) nəzarət və onları inkişaf etdirmək
-Diler,Miks, A-mix mağazalara Nar məhsullarının kampaniya və ya daimi şəkildə birbaşa satışını təşkil etmək (Mağazaların daim daxili standartlara uyğun fəaliyyətini təmin etmək)
-Nəzarət etdiyi hər satış nöqtəsində məhsulların sayı və təyin edilmiş hədəflərin yerinə yetirilməsi və keyfiyyətli satışına nəzarət etmək
-Təkim olunmuş ərazidə olan Brend Diler satış nöqtələri üçün təyin olunmuş aylıq hədəfləri haqqında dilerləri vaxtında məlumatlandırmaq və hər bir mağazanın hədəfinə çatmasına nəzarət etmək
-Diler,Miks, A-mix Mağazaları üçün nəzərdə tutulan POSM (reklam materialları) paylanmasını, yerləşdirilməsıni, dükanın vitrinlərinin səliqəli vəziyyətə salınmasını, bitmiş aksiyaların POSM-larını dükandan çıxarılmasını və yenilərlə əvəz edilməsini təmin etmək
-Azerfon (Nar) işıqlı küçə reklam banerinin və digər reklam materiallarının xarici görünüşünə nəzarət etmək
-Distribyutor tərəfindən yeni mağazalar Mix, A-mix kimi təklif olunan satış nöqtələrinə baxış, qəbul və təhvil-təslim aktlarını hazırlamaq, bağlı mağazalar haqqında məlumatı təqdim etmək
-Yeni satış məntəqələrini axtarmaq, biznes plana uyğun olaraq öz bölgəsi üzrə kanalları inkişaf etdirmək
-Yeni diler satış məntəqələrində təmir prosesinə nəzarət və nəticələr haqqında məlumat vermək
-Azərfon Şirkəti tərəfindən təqdim olunan məhsul, mal və xidmətlər barədə daimi məlumatlı olmaq
-Geyim Kodeksinə riayət etmək / Əmək İntizamına Riayət etmək
-Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişləri və mövcud şirkət daxili qaydaları icra etmək
-Görülən işləri prosedur və təlimatlara uyğun görmək
-Şirkətə aid məlumatın məxfiliyini qorumaq
-Password-ları gizli saxlamaq
-Cavabdeh olduğu iş sahələri üzrə müvafiq aylıq hesabatlar hazırlamaq və satışların təkmilləşdirilməsi üçün təkliflər vermək
-Mövcud sistemləri təkmilləşdirmək
-Rəqib şirkətlərin bazar fəaliyyətinə nəzarət və buna dair məlumatı birbaşa rəhbərə çatdırmaq
-Şəbəkə çətinlikləri haqqında sahədən məlumatları toplayaraq lazımı şöbələri məlumatlandırmaq və müsbət nəticələr olmadıqda üst rəhbərliyə raportlar vermək
-Təyin edilmiş pərakəndə satış hədəflərindən asılı olaraq şirkətin ərazi üzrə bazar payına nəzarət etmək
-Yeni nömrələrin hesabına minimal məbləğlərin ödənilməsinə nəzarət və həftəlik raportları izləmək
-Yeni təsislərdən olan ARPU nu artırmaq
-Satış prosedurlarına ( Diler Satış Məntəqələrində) nəzarət və onları inkişaf etdirmək
-Dükanların daimi və problemsiz fəaliyyətini təmin etmək
-Diler dükanlarında yaranan hər hansı problem və ya şikayəti həll etmək
-Diler satış məntəqələri siyahısını hazırlamaq və mütəmadi olaraq yeniləmək
-Satış Məntəqələrinə dair sənədlərin toplanılmasına və təhvil verilməsinə nazarət etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
-Humanitar və ya İqtisadi sahədə ali təhsil
-2-3 il satış ilə bağlı sahədə iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
-Bütövlük
-Müştəri yönümlülük
-Komanda işi və əməkdaşlıq
-Nəticə yönümlülük
-Davamlı təkmilləşmə
-‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
-Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək
-MS Office programlarını yaxşı bilmək(Excell, Word)
Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 21 saat, 41 dəq
- 1 gün, 21 saat, 43 dəq
- 1 gün, 21 saat, 45 dəq
- 1 gün, 21 saat, 48 dəq
- 1 gün, 21 saat, 52 dəq