MP Group maliyyə işləri üzrə mütəxəssis axtarır

Mütəxəssis

maliyyə


İşəgötürən: MP Group

Vakansiya: Maliyyə işləri üzrə mütəxəssis

Son tarix: 11 iyul 2022

Son tarix: 10/07/2022

Ərazi: Baş Ofis

Şöbə: Maliyyə və inzibati

Tabe olduğu şəxs: Maliyyə və inzibati işlər müdiri

Vəzifə öhdəlikləri:

-Gündəlik, aylıq və illik maliyyə əməliyyatlarının uçotunun aparılması;

-DSMF hesabatlarının aparılması və yoxlanıldıqdan sonra təqdim olunması;

-Statistika Hesabatlarının hazırlanması və yoxlanıldıqdan təqdim olunması;

-Gündəlik əməliyyatların 1C proqramında işlənilməsi;

-Yerinə yetirilmiş ödənişlər barədə hesabatların hazırlanması və dövri olaraq rəhbərliyə təqdim olunması;

-Əməkhaqqı hesablanmalarının aparılması;

-Audit və digər yoxlamalar zamanı Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;

-Elektron hökümət portalı və E-taxes portalı ilə işləmək;

-Şirkət daxili məlumatlar üzrə məxfiliyin qorunması;

-Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

-Dil tələbləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunan), İngilis dili (arzuolunnan);

-Müvafiq sahəyə uyğun iş təcrübəsi;

-Müvafiq qanunvericilik biliklərinin olması;

-MS Office proqram və 1C proqramı üzrə bilikləri və praktiki təcrübənin olması;

-İşə məsuliyyətli və punktual yanaşma;

-Maliyyə sahəsində ali təhsil;

-ACCA sertifikasiyası əlavə üstünlükdür.

Əlavə məlumat:

-Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır;

-İş qrafiki: Beş günlük iş həftəsi;

-İş yeri: Bakı şəhəri, Səbail rayonu;

-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Maraqlananlar öz CV formalarını [email protected] e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində Maliyyə işləri üzrə mütəxəssis qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


©️ 2022

070 231 45 70

[email protected]