MKT İstehsalat Kommersiya MMC torpaqşünas axtarır

Mütəxəssis


İşəgötürən: MKT İstehsalat Kommersiya MMC

Vakansiya: Torpaqşünas

Son tarix: 08 iyul 2022

Vəzifə öhdəlikləri:

-Torpağın xüsusiyyəti, analiz üçün torpaq nümunələrinin götürülməsi, torpağın kimyəvi analizinin aparmaq

-Torpaqda olan kimyəvi maddələrin strukturunu izləmək, analizlərin nəticələrini təhlil etmək və tövsiyələr hazırlamaq

-Torpağın məhsuldarlığını qorumaq məqsədi ilə tədbirlər planı hazırlamaq, həyata keçirmək

-Torpağın aqrokimyəvi müayinəsini planlalayır, təşkil edir, həmçinin nümunələrin alınmasında iştirak edir

-Analizlərin vaxtında və keyfiyyətli aparılmasına nəzarət etmək

-Torpağın analizinin aparılmasında müasir istehsalat tələblərini izləyir, təmin olunmasına nəzarət edir

-Bio, fiziki-kimyəvi və texnoloji analizlərin metodiki rəhbərliyini həyata keçirmək, laborator və sahə araşdırmalarında iştirak etmək, torpağın keyfiyyətinin və yüksək verimliliyinin təmin edilməsi üçün elmi-metodiki təcrübələrdə iştirak etmək, təqib etmək

Tələblər:

-Torpaqşünaslıq, Aqrokimya, Aqronomluq və s . K/T-yə aid digər ixtisaslar üzrə Ali təhsil

-Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq

-Yüksək səviyyədə İngilis və Rus dilləri arzuolunandır

-MS Office proqramlarına yüksək səviyyədə hakimiyyət, Autocad proqramnıda işləmək bacarığı

-Regionlara mütəmadi ezamiyyələrə hazır olmaq

Səriştələr:

-Məsuliyyətli

-Pozitiv

-Özünütəşkiletmə qabiliyyəti

-Etibarlılıq

-Dürüstlük

Əlavə məlumat:

-Əmək haqqı razılaşma əsasında təyin olunur;

-İş qrafiki:  Bazar ertəsi-Cümə;

-İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;

-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]