MKT İstehsalat Kommersiya MMC təchizat üzrə kiçik mütəxəssis axtarır (Gilan Tekstil Park)

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Təchizat üzrə kiçik mütəxəssis (Gilan Tekstil Park)
Son tarix: 05 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
-Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
-Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi;
-Satınalma sifarişlərin açılması və icra olunması;
-Yerli bazara baxış keçirilməsi;
-Müqavilə və ödəniş sənədlərinin hazırlanması;
-Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
-Alışlara müvafiq rəylərin və təsdiqlərin alınması;
-Alışların 1C proqramında işlənməsi;
-Şirkətin təchizat siyasətinə uyğun təchizatçının seçilməsi;
-Təchizat planına uyğun alışların həyata keçirilməsi;
-Təchizatçılarla danışıqların aparılması, endirimlərin alınması;
-Şirkətin ölkədaxili yüklərin daşınmasının təşkili və xidmət sonrası ödənişlərin edilməsinə nəzarət;
-Şirkəti idxal (şifarişlər) və ixrac (satış) yüklərinin daşınmasının təşkili və xidmət sonrası ödənişlərin edilməsinə nəzarət;
-Yüklər üçün nəqliyyat vasitələrini seçilib, araşdırmaq və prosesi idarə edilməsi;
-Logistika üzrə tenderlərin keçirilməsi;
-Ən optimal nəqliyyat yolunun təyin edilməsi.
Tələblər:
-Minimum 1 il iş təcrübəsi;
-Azərbaycan, türk və ingilis dillərini əla səviyyədə bilməli;
-CIPS biliyi olmalı;
-Alıcılarla ünsiyyət qurmaq bacarığı.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş yeri: Sumqayıt şəhəri, Gilan Tekstil Parkı;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
6 saat, 17 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 26 dəq
- 6 saat, 27 dəq
- 6 saat, 29 dəq
- 6 saat, 35 dəq