MKT İstehsalat Kommersiya MMC insan resursları üzrə mütəxəssis axtarır (Bölgələr)

Mütəxəssis

mktistehsalat pambiq


İşəgötürən: MKT İstehsalat Kommersiya MMC

Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis (Bölgələr)

Son tarix: 26 sentyabr 2022

Vəzifə öhdəlikləri:

-İşçilərin şəxsi işlərini aparır, formalaşdırır.

-Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və təcrübəçilərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlayır. 

-Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin yüksəldilməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması və s. işlərinin sənədləşməsini yerinə yetirir. 

-Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsinə rəhbərlik edir. 

-Qərar və əmrlərin sənədləşməsini təmin edir.

-Müəssisədə yerli rəhbərliyin kadrlar üzrə verilmiş əmr və göstərişlərinin layihələrinin yuxarı təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır. 

-Tələb olunan yeni işçilərin tapılması, elanların yerləşdirilməsi, ərizələrinin qəbulu və rəhbərliyə təqdim edilməsini təşkil edir.

-Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim edir.

-Mövsümi işçilərin təcili sürətdə işə götürülmə və işdən çıxarılma sənədləşməsini icra edir.

-Kadrlara olan tələbat haqqında birbaşa rəhbərə məlumat verir.

-İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir. 

-Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edir.

-Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.

Tələblər:

-İnsan resursları sahəsində iş təcrübəsi arzuolunandır

-Ali təhsil 

-Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;

-Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı arzuolunandır;

-Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)

-Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;

-Operativ və düzgün qərar vermək bacarığı;

-Problemləri həll etmə bacarığı; 

-İngilis və rus dili arzu olunandır;

-Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

Səriştələr:

-Məsuliyyətli

-Şəxsi inkişafa meylli

-Pozitiv

-Özünütəşkiletmə qabiliyyəti

-Nailiyyət yönümlülük

-Etibarlılıq

-Dürüstlük

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]