“Mətanət A” şirkətində yeni vakansiya

“Mətanət A” şirkəti Logistika üzrə mütəxəssis vakansiyasını elan edir
İşin təsviri:
– Şirkətin xarici logistika əməliyyatlarının yerinə yetirilməsi;
– Daşınma şirkətlərin sorğuya dəvət olunması, təkliflərin təhlili və rəhbərliyə təqdim olunması;
– Daşınma zamanı yüklərin sığortalanmasının təşkili;
– Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
– Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili;
-Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların emal olunması, sistemə işlənilməsi və ödənişlərin vaxtında icrasına nəzarət;
– Tədarükçülərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
– Daşınmaların vəziyyətini mütəmadi olaraq izlənməsi;
– Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət.
İş şəraiti:
– İş saatı: 09-00-dan 18-00-dək;
– İstirahət: Şənbə və Bazar günü.
-Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
– Yaş həddi: 25-45
– Təhsili: Ali təhsilli.
– Loqistika üzrə iş təcrübəsi: Minimum 2 il.
– Dil bilikləri:Azərbaycan dili sərbəst, İngilis və Türk dilini bilməsi mütləqdir. Rus dili arzuolunandır.
– Kompüter biliyi: Word, Excell, Internet Explorer, 1C 8.2 proqramında işləmə bacarığı olmalı
Əlavə Tələblər:
– Logistika sahəsində təcrübə mütləqdir (beynəlxalq ticarətin əsaslarını, beynəlxalq daşınma qaydalarını bilmək şərtdir)
– Yaxşı Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;
– Satınalma müqavilələri ilə işləmə bacarığı;
– Gömrüklə işləmə təcrübəsi; gömrük rəsmiləşdirilməsi qaydalarının bilməsi;
-Xarici logistikanın bilməsi;
– Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti;
– Xarici və daxili ezamiyyətlərə getmə imkanı.
Qeyd:
-Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərmək xahiş olunur;
– Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar;
– Əlaqə nömrəsi: 050-208-66-95.
Vakansiyalar
-
21 saat, 43 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
21 saat, 55 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 22 saat, 31 dəq
- 23 saat, 42 dəq
- 1 gün, 14 saat, 57 dəq