Matanat A xarici satınalma üzrə aparıcı mütəxəssis axtarır

İşəgötürən: Matanat A
Vakansiya: Xarici Satınalma üzrə Aparıcı mütəxəssis
Son tarix: 07 avqust 2022
Vəzifə öhdəlikləri:
-Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
-Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
-Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
-Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
-Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
-Logistika və nəqliyyat nəzarətinin təşkili;
-Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.
-Alınan malların keyfiyyətinə nəzarət;
-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
-Gömrüklə işləmə bacarığı;
-Satınalma sənədlərini hazırlama qabiliyyəti.
Təhsil/Təcrübə:
-İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
-Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
-Təchizat zənciri haqqında ümumi biliklər;
– İncoterms 2010;
-Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
-Komanda işinin təşkili;
-Yaş həddi: 25-35;
-Kompüter biliyi: MS Office (Word, Excel);
-Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı: Razılşama yolu ilə.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 gün, 3 saat, 14 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 13 dəq
-
2 gün, 6 saat, 14 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 17 dəq
- 2 gün, 6 saat, 19 dəq