“Marketinq mütəxəssisi” tələb olunur

Prior Leasing şirkətində Marketinq mütəxəssisi vakansiyası mövcuddur.
Namizədə olan tələblər:
• Marketinq, biznes idarəçiliyi sahəsində bakalavr dərəcəsi;
• Marketinq sahəsində ən azı 2 illik təcrübə;
• Analitik düşüncə tərzi;
• Mükəmməl ünsiyyət və problem həll etmə bacarıqları;
• Rus və İngilis dillərini orta səviyyədə bilməli;
• Ezamiyyətə açıq olmalı.
Vəzifə öhdəlikləri:
• Marketinq və layihələrin planlarının hazırlanması;
• Sərgilərin təşkilində iştirak;
• Radio və Televiziya reklam çarxlarının hazırlanması və yayımının təşkili;
• Outdoor və indoor reklamların yerləşdirilməsi;
• Reklamların effektivliyinin ölçülməsi;
• Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsilə bağlı təkliflər vermək;
• Marketinq materiallarının təmin edilməsi (Promo və print materialları);
• Brend tanıtımının ölçülməsi və yüksəldilməsi ilə bağlı yeni təkliflər hazırlamaq;
İş şərtlərimiz:
• Əmək haqqı: 1108-1274 AZN;
• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 gün, 6 saat, 46 dəq
- 2 gün, 6 saat, 49 dəq
- 3 gün, 4 dəq
- 3 gün, 46 dəq
- 3 gün, 48 dəq