“Market Şəbəkələrinə nəzarət mütəxəssisi” tələb olunur

Mütəxəssis


“Araz” Supermarketlər ” Market Şəbəkələrinə nəzarət mütəxəssisi” vakansiyasını elan edib.

Tələblər:
-Ali təhsil ( Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Kimya mühəndisliyi);

-İngilis dili arzu olunandır;

-Əlaqəli sahə üzrə minimum 1 il təcrübə;

-MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);

-Analitik düşüncə, sürətli mənimsəmə qabiliyyəti, sərbəst və kollektivlə işləmək bacarığı:

Vəzifə öhdəlikləri:
-Marketlərdə Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələblərinin tətbiq edilməsinə nəzarət etmək;

-Qida təhlükəsizliyinin minimal tələbləri haqqında personalların təlimləndirilməsini təmin etmək;

-Marketlərdə qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlarının mövcudluğuna nəzarəti təmin etmək;

-Marketlərdə plana uyğun olaraq yoxlamaların icra edilməsini təmin etmək və ona əsasən hesabatlar hazırlamaq;

-Market auditinin effektivliyinə dair hesabatın hazırlanmasını təmin etmək;

-Personalın gigiyenik tələblərin icrasına nəzarət etmək;

Təminatlar:
-Nahar ilə təmin edilmə;

-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

-5 günlük iş qrafiki;

-Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Market Şəbəkələrinə nəzarət mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]