Məlumatların Daxil Edilməsi üzrə Administrator tələb olunur

Administrator

adminstrator


İşəgötürən – Sinteks Group of Companies



Sinteks Şirkətlər qrupuna hal hazırda Məlumatların Daxil Edilməsi üzrə Administrator tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu sifariş edilən və qəbul olunan məhsullar üzrə məlumatları verilənlər bazasına daxil etməkdir. 

Vəzifə öhdəlikləri:

Sifarişləri qəbul edir və verilənlər bazasına daxil edir. 

Qiymət artımı və valyuta məzənnələrini verilənlər bazasına daxil edir. 

Daşınmaların və ödənişlərin vaxtında icra olunmasını yoxlayır.

Qəbul edilən məhsulların faktura və sifarişdə qarşılaşdırır.

DSSA, Stok, KPI hesabatları üzrə məlumatların düzqün daxil edilməsini yoxlayır.

Əsas tələblər: 

Təhsil:

Ali təhsil (İqtisadiyyat və ya Maliyyə ixtisaslarına üstünlük verilir).

Təcrübə:

Satınalma / təchizat zənciri sahəsində ən az  1 il təcrübə.

Professional biliklər:

Satınalma / təchizat haqqında baza biliklər 

Maliyyə haqqında baza biliklər 

Səlis İngilis dili biliyi

MS Office Programları

Professional bacarıqlar və kompetensiyalar: 

Biznes kommunikasiyası 

Zaman idarəetməsi 

Detal və nəticə yönümlü 

Analitik bacarıqlar

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumatların daxil edilməsi üzrə administrator” qeyd edərək   [email protected]    elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]