“Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis” axtarılır

Millikart “Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.
İş funksiyaları:
-Layihələrin ölçü, əhatə dairəsi, büdcə və təsir baxımından idarə edilməsi;
-Layihələrin həcmini, nəticələrini və cədvəllərini müəyyən etməkdə layihə qruplarına rəhbərlik edilməsi;
-Layihələrin gedişatının idarə olunması və icrası ilə bağlı inzibati idarəetmənin yaradılması;
-Bir-birinə bağlı olan layihələr arasında fəaliyyətin optimallaşdırılması, risklərin və məsələlərin müəyyənləşdirilməsi, təsirlərin azaldılması üçün həllər hazırlanması;
-Tətbiqlərin texniki dizaynları və məlumat modellərinin yaradılması;
-Layihələrin gedişatı və inkişaf prosesinin daimi izlənilməsi və tamamlanmasını təmin etmək üçün işçi qrupları ilə yaxından əməkdaşlıq göstərilməsi;
-Müştəri tələblərinə cavab vermək və biznes hədəflərinə çatmaq məqsədi ilə müəssisə vizyonunun müəyyənləşdirililməsi və yönləndirilməsi;
-Layihə prosesləri zamanı yaranmış problemlərin və risklərin müəyyənləşdirilməsi və həllinə yönəlik planlarının hazırlanması;
-Layihə büdcələrinin tərtib edilməsi və aylıq fərq hesabatlarının hazırlanması;
-Cari və gələcək biznes məqsədlərin və İT ilə bağlı məsələlərin müəyyənləşdirilməsi;
Biliklər:
-MS Office (Word, Excel, PowerPoint, Outlook, MS Project) proqramları üzrə yüksək səviyyədə biliklər;
-Azərbaycan dilini səlis, rus və ingilis dillərini yüksək səviyyədə bilmək;.
Bacarıqlar:
Analitik düşünmə bacarıqları – tələb olunan həlləri aşkar etmək və müəyyən etmək bacarığı.
Yüksək səviyyədə ünsiyyət bacarıqları;
Təqdimat bacarığı;
Komanda ilə birgə işləmə bacarığı.
Xüsusi Tələblər:
Ali təhsil (bakalavr dərəcəsi)
Minimum 2 layihənin uğurla tamamlaması;
Verilən tapşırıqların tələb olunan tarixə uyğun təhvil verilməsi;
İT sahəsində layihələrin idarə olunması üzrə minimum 2 il iş təcrübəsi.
İş şəraiti:
İş yeri: Alı Mustafayev 5A. (Memar Əcəmi m/s yanı)
İş saatı: həftə içi 5 gün 09:00-18:00; Şənbə və bazar günləri qeyri-iş günüdür.
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyənləşdiriləcəkdir.
Uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına “Layihələrin idarə olunması üzrə Aparıcı Mütəxəssis” başlığı ilə göndərməklə müraciət edə bilərlər.
Vakansiyalar
- 2 gün, 10 saat, 35 dəq
- 2 gün, 10 saat, 38 dəq
- 3 gün, 3 saat, 53 dəq
- 3 gün, 4 saat, 35 dəq
- 3 gün, 4 saat, 37 dəq