‘’Kristal Abşeron” satınalma üzrə mütəxəssis axtarır

‘’Kristal Abşeron’’ şirkətində Satınalma üzrə mütəxəssis vakansiyası aktivdir.
Tələblər:
– Ali təhsil,
– Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi,
– Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
– Güclü ünsiyyət və danışıq qabiliyyəti,
– Azərbaycan dili mükəmməl, İngilis dili və Rus dili arzuolunandır,
– Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
– Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
– Yaradılmış sifariş formalarının analizi;
– Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
– Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
– Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
– 6 günlük iş qrafiki;
– İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
– Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” üzrə yazmaqla ‘‘[email protected]’‘ elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
22 saat, 25 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
22 saat, 37 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 23 saat, 13 dəq
- 1 gün, 24 dəq
- 1 gün, 15 saat, 39 dəq