Kristal Abşeron-da yeni vakansiya

‘’Kristal Abşeron’’ şirkətində Xarici satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyası elan edib.
Tələblər:
– Ali təhsil;
– Təchizat sahəsində (tikinti sahəsi üzrə) 3 il iş təcrübəsi,
– Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları,1 C),
– Güclü ünsiyyət və danışıq qabiliyyəti,
– Azərbaycan dili, İngilis dili, Rus dilini mükəmməl bilməli,
– Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
– Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
– Yaradılmış sifariş formalarının analizi;
– Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
– Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
– Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
– 6 günlük iş qrafiki;
– İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Xarici satınalma üzrə mütəxəssis” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 8 saat, 19 dəq
- 8 saat, 21 dəq
- 8 saat, 23 dəq
- 8 saat, 24 dəq
- 8 saat, 27 dəq