“Kart əməliyyatların monitorinqi bölməsinin mütəxəssisi” tələb olunur

Mütəxəssis


Azərikard “Kart əməliyyatların monitorinqi bölməsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir:

Tələblər:
1. İnformasiya təhlükəsizliyi, İT ixtisasları üzrə ali təhsil (universiteti yeni bitirmiş namizədlər də müraciət edə bilər); 
2. Azərbaycan dili sərbəst, ingilis və rus dilləri texniki və terminalojı bilməsi;
3.  İnformasiya təhlükəsizliyi / İnformasiya texnologiyaları baza bilikləri;
4.  Analitik proqram təminatı (ELK, SIEM) üzrə biliklər və ya iş təcrübəsi arzuolunandır;
5. Proqramlaşdırma üzrə hər hansı bir “Query language” üzrə baza biliklər və ya iş təcrübəsi arzuolunandır;
6.  Əməliyyat sistemləri, şəbəkələr, veb, verilənlər bazaları üzrə baza bilikləri;
7.  Analitik düşüncə qabiliyyəti;
8.  Stressə davamlılıq, özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
9.  Vaxt cədvəlinə uyğun işləyən komandada, çox funksional rejimdə, vaxt məhdudiyyətinə ciddi riayət edərək çalışma qabiliyyəti;
10.  İnformasiya təhlükəsizliyi və kart əməliyyatların monitorinqi sahələrində peşəkarlığını inkişaf etmə arzusu və bunun reallaşdırmasına hazırlıq.
Vəzifəsi:
1.  Bank kartları ilə keçən əməliyyatların monitorinqi, şübhəli əməliyyatların təhlili və analizi;
2.  İnformasiya təhlükəsizliyi üzrə “alert”-ların monitorinqi, aşkarlanan pozuntu üzrə ilkin araşdırma (“triage”) və cavabvermə (“SOC L1” funksiyası);
3.  Monitorinq zamanı əməliyyatların təhlili və analizi.
 
Namizədlərdən CV-lərini “Kart əməliyyatların monitorinqi bölməsinin mütəxəssisi” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]