Kapital Bank şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis axtarır
İşəgötürən: Kapital Bank
Vakansiya: Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı/baş mütəxəssis
Son tarix: 23 oktyabr 2022
Öhdəliklər:
-Xidmət nöqtələrinin optimallaşdırılması və inkişafı üzrə layihələri hazırlayır, təsdiq olunmuş layihələrin icrasına nəzarət edir
-Bankın strateji hədəflərinin icrası məqsədilə xidmət nöqtələrinin satış və xidmət üçün uyğun ərazidə yerləşməsini analiz edir və təmin edir.
-Digər struktur bölmələr tərəfindən həyata keçirilən və xidmət nöqtələrinin işinin səmərəliliyini artırmaq yönümlü layihələrdə iştirak edir.
-Xidmət nöqtələrinin açılması, bağlanması, relokasiyası, əsaslı təmiri, daxili quruluşun təyin edilməsi, optimal yerləşmə planının hazırlanmasını təşkil edir.
-Xidmət nöqtələrinin zəruri hüquqi sənədlərlə lazımi qaydada təmin olunmasını təşkil edir.
-Xidmət şəbəkəsində elekton növbəlilik sisteminin qurulması, yeni layihələrin tətbiq edilməsi və bununla bağlı digər işlərin görülməsini təşkil edir.
-Xidmət nöqtələrində əsas vəsaitlər, istifadə olunan zəruri avadanlıqların təhlilinin aparılması ilə optimal sayların təyin edilməsini və yerləşmə planının hazırlanmasını təşkil edir.
-Xidmət nöqtələrindən həlli şöbəyə aid müraciətlər üzrə təkliflər hazırlayır.
Tələblər:
-Ali təhsil;
-Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
-MS Office proqramları üzrə biliklər (Excel bilikləri) ;
-Maliyyə bilikləri (ACCA və s. üzrə sertifikatların olması arzuolunandır);
-Bank sahəsində və ya analitika ilə bağlı digər sahədə iş təcrübəsi.
-Dil bilikləri: ingilis dili –yaxşı, rus dili – arzuolunandır.
-Gərgin iş qrafikində işləmək bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=2078) və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Vakansiyalar
-
10 saat, 54 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
11 saat, 50 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 8 saat, 32 dəq
- 2 gün, 8 saat, 35 dəq
- 2 gün, 9 saat, 11 dəq