Kapital Bank kredit risklərinin idarə edilməsi şöbəsinə aparıcı / baş mütəxəssisi axtarır
İşəgötürən: Kapital Bank
Vakansiya: Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə aparıcı / baş mütəxəssisi
Son tarix: 25 avqust 2022
Öhdəliklər:
-Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
-Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
-Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
-Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
-Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
-Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
-Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
-Statistik modellərin hazırlanması.
Tələblər:
-İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
-Yüksək ünsiyyətqurma qabiliyyəti;
-Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
-Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
-İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Vakansiyalar
-
3 saat, 37 dəq
NetEnt онлайн‑казино: как казахстанские игроки могут выиграть в стиле
- 5 saat, 12 dəq
- 6 saat, 23 dəq
- 6 saat, 32 dəq
- 6 saat, 51 dəq