Kapital Bank ERM risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi axtarır
İşəgötürən: Kapital Bank
Vakansiya: ERM risklərinin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
Son tarix: 25 avqust 2022
Öhdəliklər:
-Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edilməsi;
-Əməliyyat riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarəti prosesində iştirak edilməsi;
-Daxili insidentlər, əməliyyat itkiləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların toplanması və onların səbəblərinin araşdırılması;
-Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
-Əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak edilməsi;
-Dövrülük əsasda müxtəlif fəaliyyət sahələrini monitorinq edilməsi və müvafiq təkliflərin verilməsi;
-Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edilməsi;
-Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizini həyata keçirilməsi;
-Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsində iştirak edilməsi.
Tələblər:
-İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
-Risk, daxili nəzarət və audit sahələri üzrə ən azı 3-4 il iş təcrübəsi;
-Yüksək ünsiyyətqurma qabiliyyəti;
-Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-Əla səviyyədə Azərbaycan dili, inglis dili və rus dili biliyi;
-Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Vakansiyalar
-
1 gün, 10 saat, 52 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 16 saat, 41 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 15 saat, 33 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 16 saat, 7 dəq
- 1 həftə, 10 saat, 13 dəq